Bu yay Moskvaya gələn turistlər şəhərin bütün tarixi abidələrini qısa zamanda seyr edə biləcəklər. Artıq Rusiya paytaxtında da «Siti-tur» avtobus marşrutları fəaliyyətə başlayıb. 
   Dairəvi ekskursiya marşrutu şəhərin bütün başlıca turistik məkanlarını əhatə edir. Bütün turistik marşrutlarda olduğu kimi, burada da «hop-on», «hop-off» sistemi tətbiq olunub. Başqa sözlə, turistlər istədikləri dayanacaqda enə, buradakı memarlıq abidələrini seyr edə və eyni biletlə yenidən marşruta qayıda bilərlər. Marşrutda gəzintinin qiyməti 500-1000 rubl arasında dəyişir. Avtobuslar səhər saat 9-dan axşam saat 22-dək fəaliyyət göstərir.
   Hazırda Moskvanın ictimai nəqliyyatında xüsusi zolaqlar sistemindən istifadə olunduğu üçün «Siti-tur» avtobusları şəhərin tarixi abidələri ilə yaxından tanış olmağın ən yaxşı vasitələrindən biridir. Avtobuslarda audio-bələdçilər turistlərə tarixi abidələr haqqında məlumatları 8 dildə çatdırırlar.
   Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakıda da artıq iki ildir ki, “Şəhər turu” reallaşdırılır. Bu ilin may ayından isə layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daha geniş şəkildə davam etdirilir. İlin sonuna qədər ölkəmizə gələn turistlər bu turdan ödənişsiz yararlanmaq imkanındadırlar. 
   

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar