Dubayda yeni mehmanxanaların tikintisi ilə bağlı layihə hazırlanıb. Layihəyə əsasən «JW Marriott Marquis» hoteli dünyanın ən hündür hoteli olacaq. Yerli mətbuatın xəbərinə görə, hotel 355 metr hündürlüyündə nəzərdə tutulub. Amma mehmanxana layihələri bununla yekunlaşmır.
   2012-ci ilin birinci rübündə Dubaya gələn turistlərin sayı 2,6 milyona çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. Turist axınının artması əmirliyin turizm sənayesinə müsbət təsir göstərib və böyük layihələrin reallaşmasına şərait yaradıb. Əldə olunan vəsait nəticəsində «Four Seasons Dubai» mehmanxanasının, “St.Regis” kompleksinin yaradılacağı planlaşdırılır. Qeyd edək ki, Dubay Azərbaycan turistləri üçün də maraqlı bir məkandır və hər il minlərlə soydaşımız bu ölkəyə səfər edir.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar