Gəncə Dövlət Kukla Teatrı balacaların Novruz tətili günlərinə rəng qatmaq üçün yeni səhnə əsəri hazırlayıb.

Martın 17-dən 26-dək “A Kosa, hara yaxşıdı?” adlı bayram tamaşası nümayiş etdiriləcək.

Zülfiyyə Əliyeva və Şamil Məmmədlinin ssenarisi əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Ş.Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Aynur Cahangirovadır.

Səhnə əsərində rolları Səməd Xanəhmədov, Elmar Vəliyev, Nahidə Namazova, Nərmin Şərifova, Yeganə Məmmədova, Zülfiyyə Əliyeva ifa edirlər.