Martın 16-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazarı, pedaqoq Reyhan Yusifqızı ilə 7 saylı məktəbin şagirdlərinin görüşü keçirilib.

Görüşdə yazıçı “Uzaq planetin sirri”, “Yaşıl gözlü qız”, “Diribaş qızlar klubu”, “Aysu”, “Pəncərəni kim sındırdı?”, “Kompüterin qəribə tarixi”, “Yaramaz dənizanaları”, “Məstan və Babu”, “Zamanın əsirləri” və digər kitablarından bəhs edib.

Uşaqların böyük marağına səbəb olan “Yaşıl gözlü qız” müəllifin elmi-fantastik janrda yazılmış birinci kitabıdır. Müəllif deyib ki, kitab kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qızın – Leminin sərgüzəştlərindən bəhs edir.

Görüşün sonunda yazıçı “Qapı arxasında O” və bir neçə yeni nəşr olunmuş kitabını kitabxanaya hədiyyə edib.