Qəbələ Peşə Tədrisi Mərkəzində 136 məzuna diplomlar təqdim edilib
   
   Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib.
   
   “Qafqaz Resorte” hotelində keçirilən tədbirdə Peşə Tədrisi Mərkəzinin üçillik fəaliyyətindən, ötən müddətdə əldə etdiyi nailiyyətlərdən, məzunların iş yerlərində qazandığı uğurlardan danışılıb. Bildirilib ki, müəssisənin əsas məqsədi turizm sektoru üçün peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədə nail olmaq üçün təhsil ocağı turizm obyektləri ilə sistemli şəkildə iş aparır, xarici dövlətlərin təcrübələri ilə yaxından maraqlanır. Çıxış edənlər Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin ölkəmizdə turizm sektorunun inkişafına layiqli töhfə verdiyini və təhsil ocağını bitirən məzunların turizm rayonlarındakı hotellərdə və istirahət mərkəzlərində işlə təmin olunduqlarını bildiriblər.
   Rayon icra hakimiyyətinin, təhsil ocağının, eləcə də Qəbələdə fəaliyyət göstərən hotellərin nümayəndələri çıxış edərək zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanın turizm sahəsində böyük inkişaf perspektivlərinə malik olduğunu vurğulayıblar. Turizmin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan natiqlər bu sektorda çalışanların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.
   Çıxışlardan sonra mərkəzin barmen-bufetçi, ofisiant, aşpaz, qənnadçı, mehmanxana inzibatçısı, mühasib, fərdi kompyuter operatoru ixtisaslarına yiyələnən 136 məzununa diplomlar təqdim edilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar