Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Fikrət Əmirovun "Sevil" operası nümayiş olunacaq.

Operada Sevil partiyasını teatrın solisti Fatimə Cəfərzadə ifa edəcək. Digər obrazlarda səhnəyə Əməkdar artistlər İnarə Babayeva, Tural Ağasıyev, Səbinə Vahabzadə, teatrımızın solistləri Atəş Qarayev, Mahir Tağızadə, Fəhmin Əhmədli, Esmira Məmmədova, Sadiq Məlikov və Nəzər Bəylərov çıxacaqlar.

Fikrət Əmirovun böyük dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında (libretto – Tələt Əyyubov) yazdığı opera möhtəşəm musiqisi, orkestr rəngarəngliyi ilə hər zaman tamaşaçılar tərəfindən bəyənilib. Operanın premyerası 25 dekabr 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında olub.