Aprelin 1-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində balaca tamaşaçılar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın bədii rəhbəri Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı Raulya Turkkandır.

Səhnə tərtibatçısı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam  Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Tamaşanın premyerası 2019-cu il dekabrın 28-də olub.