AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq” monoqrafiyası çapdan çıxıb.
Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktorları Abid Tahirli və Ataəmi Mirzəyevdir.
Monoqrafiyanın birinci fəslində Azərbaycan mühacirət nəsrinin formalaşması və inkişaf istiqamətləri mühacir yazıçıların hekayələri, Ə.Ağaoğlunun bədii-fəlsəfi nəsri, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, N.Şeyxzamanlı və M.Altunbayın memuarları əsasında tədqiq olunub. İkinci fəsildə İntibah dövrü və Orta əsrlər, Erkən yeni dövr, Yeni dövr və XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı məsələlərinə dair mühacir tədqiqatçıların ədəbiyyatşünaslıq irsi araşdırılıb.