AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq” monoqrafiyası çapdan çıxıb.

Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktorları Abid Tahirli və Ataəmi Mirzəyevdir.

Mo­noq­ra­fi­ya­nın bi­rin­ci fəs­lin­də Azər­bay­can mü­ha­ci­rət nəs­ri­nin for­ma­laş­ma­sı və in­ki­şaf is­ti­qa­mət­lə­ri mü­ha­cir ya­zı­çı­la­rın he­ka­yə­lə­ri, Ə.Ağa­oğ­lu­nun bə­dii-fəl­sə­fi nəs­ri, M.Ə.Rə­sulzadə, Ə.Ağa­oğ­lu, N.Şeyx­za­man­lı və M.Al­tun­ba­yın me­mu­ar­la­rı əsa­sın­da təd­qiq olunub. İkin­ci fə­sil­də İn­ti­bah döv­rü və Or­ta əsr­lər, Er­kən ye­ni dövr, Ye­ni dövr və XX əsr (so­vet döv­rü) Azər­bay­can ədə­biy­ya­tı mə­sə­lə­lə­ri­nə da­ir mü­ha­cir təd­qi­qat­çı­la­rın ədə­biy­yat­şü­nas­lıq ir­si araş­dı­rılıb.