Ölkəmizin turizm imkanlarını təbliğ edən nəşrin növbəti sayı işıq üzü görüb
   
   Azərbaycanda turizm sahəsi inkişaf etdikcə ölkədə bu sahəni əks etdirən nəşrlərin sayı da çoxalır. Bu yaxınlarda üçüncü sayı işıq üzü görən “Travel across Azerbaijan” (“Puteşestvie po Azerbaydjanu” - “Azərbaycana səyahət”) adlı jurnal da onlardan biridir. Nəşrdə ölkəmizin regionlarında yerləşən tarixi abidələr, turizm məkanları, müxtəlif rayonların özünəməxsus mətbəx nümunələri haqqında geniş məlumatlar yer alıb. Jurnalın təsisçisi «Big Azeri-tour» turizm şirkətidir.
   «Travel across Azerbaijan» jurnalının yeni sayında oxucular Azərbaycanın Qax, Qusar, Şabran, Gədəbəy rayonlarında turizmin inkişaf perspektivləri, unikal əhəmiyyətli tarixi abidələrlə tanış ola biləcəklər. Nəşrdə həmçinin İsmayıllı rayonunun Lahıc qəsəbəsi, buradakı qədim el sənəti nümunələri, tanınmış sənətkarlar haqqında məlumatlar verilib.
   Materiallar «Turizm marşrutları», «Etnoqrafiya», «Azərbaycanın müqəddəs yerləri», «Təbiətin möcüzələri» və s. bölmələrdə qruplaşdırılıb. «Azərbaycanın müqəddəs yerləri» bölümündə Hacıqabuldakı Pir Hüseyn xanəgahı, məşhur Beyləqan piri, bu ziyarətgahların ətrafında formalaşan inanclar və insanlar tərəfindən yerinə yetirilən ayinlər haqqında məlumatlar əksini tapıb.
   «Travel across Azerbaijan» jurnalının 3-cü sayında müxtəlif xarici ölkələrə reallaşdırılan turlar, o cümlədən Çexiyanın, Türkiyənin məşhur kurortları haqqında da informasiya almaq mümkündür. 

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar