Bakıda türk rəssamın sərgisi açılacaq

 

Aprelin 13-də Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılacaq.

Türkiyənin rəsm sənətinin məşhur simalarından olan Devrim Erbilin əsərləri dünyanın bir sıra ölkələrində muzey və kolleksiyalarda yer alıb. Rəssamın ölkəsində və xaricdə onlarla sərgisi açılıb.

Onun İstanbula həsr edilən əsərləri xüsusilə məşhurdur. Heydər Əliyev Mərkəzindəki sərgidə müəllifin Bakıya həsr edilən əsərləri də ilk dəfə nümayiş olunacaq.