Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi, maarif fədaisi Firidun bəy  Köçərlinin (1863-1920) 160 illiyi münasibətilə virtual biblioqrafik tövsiyə hazırlanıb.

Vəsaitin əvvəlində F.Köçərlinin aforizmləri və görkəmli şəxslərin onun haqqında fikirləri yer alıb. Giriş hissəsində isə F.Köçərlinin elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verilir. 2014-2022-ci illərdə F.Köçərli haqqında yazılan kitablar, məqalələr və s. materiallar da vəsaitdə yerləşdirilib.

Biblioqrafik vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə böyük maarif xadiminin ömür yolu və fəaliyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Materialla tanış olmaq istəyənlər https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/firidun-b-y-koc-rli-160 linkinə daxil ola bilərlər.