Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti, aktyor Valeh Kərimovla görüş keçirilib.

Tədbirdə Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib, rol aldığı filmlərdən videoçarxlar təqdim olunub.

Sənətkar həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollardan bəhs edib.

Görüş zamanı Xalq artistləri İlham Namiq Kamal, Əli Nur, Əməkdar artist Azad Şükürov çıxış edərək aktyorun sənətindən və yaratdığı obrazlardan danışıb, müğənnilər isə ifaları ilə tədbirə rəng qatıblar.

Sonda Xalq artisti iştirakçıları maraqlandıran sualları cavablandırıb.