Ölkəmizin ərazisindəki zəngin maddi-mədəni irs nümunələri, qədim abidələr, tarixi tikililər turistlər üçün cəlbedici məkanlardır
   
   Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan qədim zamanlardan dünyanın müxtəlif yerlərindən səyyahlar, tacirlər, sənətkarlar üçün cəlbedici məkan kimi tanınıb. Onları ölkəmizə cəlb edən təkcə Azərbaycanın təbii nemətləri, maddi sərvətləri deyil, eyni zamanda mədəni abidələri, tarixi yerləri olub. Bu gün də ölkəmizin ərazisindəki zəngin maddi-mədəni irs, qədim abidələr, tarixi məkanlar turistlər üçün cəlbedicidir.
   Hazırda inkişaf etməkdə olan turizm növləri içərisində mədəni turizm, o cümlədən tarixi, arxeoloji turizm geniş yayılıb. Ölkəmizin müxtəlif bölgələrinə səyahət edən turistlər də ilk növbədə bölgənin tarixi abidələri ilə tanış olurlar.
   Azərbaycanın, demək olar ki, bütün bölgələrində min illərlə tarixi olan abidələr mövcuddur. Bakıdakı Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi, Yanardağ, Ramana, Mərdəkan qalaları, Qobustan qayaüstü rəsmləri, Hacıqabuldakı Pirsaatçay xanəgahı, Şamaxıdakı Diribaba türbəsi, Cümə məscidi, Şabranda Çıraqqala, Şəkidə Xan sarayı, Kiş məbədi, qədim karvansara, Qubada Xınalıq kəndi, İsmayıllıda Basqal, Qaxda İçəribazar, Bərdə türbəsi, Beyləqan piri, Gəncədə İmamzadə türbəsi, Şəmkirdə qədim Şəmkir şəhər qalıqları, Gədəbəydə Qız qalası, müxtəlif dövrlərdə tikilmiş türbələr, məscidlər, Tovuzda Göytəpə yaşayış məskəni, Qərib Seyid, Alıdədə ziyarətgahları və s. maraqlı turizm obyektləridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar