Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə martın 29-da “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib.

“Heydər Əliyev İli” və azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü münasibətilə təşkil olunan konfransın iştirakçıları mərkəzin Muzey bölməsində Ulu öndərin büstü önünə gül dəstələri qoyublar.

Tədbirdə Dövlət himni səsləndirilib, Ulu öndərin, soyqırımı qurbanları və şəhidlərimizin xatirə bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Azərbaycanlılara qarşı törədilmiş soyqırımların yerli və dünya ictimaiyyətinə çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” adlı məruzə dinlənilib.

Qonaqlar da bu tarixi faciə haqqında fikirlərini bölüşüblər. Sonda film nümayiş olunub.