Sentyabr-dekabr aylarında Azərbaycan bir neçə beynəlxalq turizm sərgisində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, 18-21 sentyabr tarixində Fransanın paytaxtı Parisdə "Top Resa", 20-23 sentyabr tarixində Yaponiyanın paytaxtı Tokioda "JATA" beynəlxalq sərgiləri keçiriləcək. 
    Bundan əlavə, oktyabrın 11-13-də Kiyevdə "İnternational Ukraine Travel Market", noyabrın 5-8-də Londonda "WTM", 20-23 dekabr tarixində isə Qahirədə "2nd Tourism Fair of the OİC Member States" beynəlxalq turizm sərgiləri təşkil olunacaq. Sözügedən sərgilərdə Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub. Qeyd olunan sərgilərdə iştirak etmək istəyən turizm şirkətləri qeydiyyatdan keçmək məqsədilə nazirliyin Turizm şöbəsinə müraciət edə bilərlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar