Yaponiya jurnalı Naxçıvandakı “Duzdağ” fizioterapevtik mərkəzindən yazıb
   
   Yaponiyanın iqtisadi dairələrində geniş tanınmış “Nikkey” jurnalında Naxçıvandakı “Duzdağ” fizioterapevtik mərkəzi haqqında “Duzlu dağ mağarasında istirahət” adlı məqalə dərc olunub.
   
   Müəllif, “İşii Qardaşları” şirkətinin prezidenti, doktor İşii İtaru məqalədə əvvəlcə Azərbaycan, onun yerləşdiyi coğrafi məkan barədə yapon oxuculara ətraflı məlumat verir. Azərbaycanın paytaxtı, “küləklər şəhəri” Bakı haqqında danışan müəllif onun özünəməxsusluğunu vurğulayır.
   Qədim Azərbaycan torpağı olan Naxçıvana səfəri, buradakı möcüzəvi müalicə qabiliyyətinə malik “Duzdağ” fizioterapevtik mərkəzi haqqında ətraflı söz açan müəllif buradakı təbii şəraitin yuxarı tənəffüs yollarının, xüsusən astma xəstəliyinin müalicəsində böyük səmərə verdiyini qeyd edir. Sal daş duzlardan ibarət mağarada yaradılmış şəraitdən məmnunluqla danışan İ.İtaru hələ qədim dövrlərdən insanların bu yerin müalicəvi təsirini hiss etdiyini və yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsi üçün bura gəldiklərini bildirir. Məqalədə vurğulanır ki, mərkəzin yaxınlığında inşa edilmiş beşulduzlu mehmanxanada dünyanın müxtəlif ölkələrindən buraya üz tutanların rahat yaşaması üçün yüksək şərait yaradılıb.
   Mərkəzdəki müalicənin şəxsən ona necə təsir etməsindən danışan müəllif yazır: “Qış vaxtı gəldiyim üçün, mağarada temperatur yuxarı olsa belə, üşüyürdüm. Müalicənin təsiri mağarada keçirdiyim ilk gecədən sonra özünü göstərdi. Duz ionları ilə zəngin olan hava nəfəs yollarıma güclü təsir edərək, astmaya qarşı görünməmiş səmərə vermişdi. Yuxudan oyandığım zaman, təkcə nəfəsim deyil, bütün bədənim canlanmışdı. Mağaranın içindəki qonaq otağında bitki mənşəli çay içdikdən sonra baş binaya qayıtdım”.
   “Duzdağ” fizioterapevtik mərkəzində müalicənin səmərəsindən məmnunluqla danışan müəllif yapon oxuculara Azərbaycan mətbəxi haqqında da ətraflı məlumat verir. Yeməklərimizi Türkiyə mətbəxi ilə müqayisə edərək bildirir ki, bu iki mətbəx arasında oxşarlıq olsa da, Azərbaycan yeməkləri və şərabı həm ucuz, həm də dadlıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar