Aprelin 8-dən 11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı təşkil ediləcək. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən verilən məlumata görə, festival çərçivəsində minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq.

Qeyd edək ki, tədbirin təşkilatçıları “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Giriş sərbəstdir. Festivalda tanınmış uşaq yazarlarının imzalı kitabları da ziyarətçilərə təqdim ediləcək.