F.Köçərli adına Respublika Uşaq Kitabxanası və paytaxtda fəaliyyət göstərən 46 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş açıq dərs keçirilib.

Əvvəlcə şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə müxtəlif dövrlərdə etməni silahlıları tərəfindən azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınmasından danışılıb və bütün bunların XX əsrin ən faciəli səhifələrindən biri olduğu bildirilib. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə fərman imzalayıb. Bu fərmanla Azərbaycan tarixinin bu qanlı səhifəsinə siyasi-hüquqi qiymət verilib.

Rəsmi mənbələrə əsasən, 1918-ci ilin mart soyqırımı nəticəsində ön minlərlə azərbaycanlı xüsusi amansızlıqla öldürülüb, yaralanıb, minlərlə insan itkin düşüb.

Sonra şagirdlər “Soyqırımı – tariximizin qanlı səhifəsi” adlı Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materiallarından ibarət geniş sərgi ilə tanış olublar. Soyqırımı qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.