Braziliyanın Parana ştatında, Argentina ilə sərhəddə yerləşən İquasu şəlaləsi dünyanın bir çox yerlərindən insanları özünə cəlb edir. «Böyük su» mənasını verən şəlalənin hündürlüyü 60 metrə, eni 3 kilometrə çatır. Burada çoxsaylı kiçik adalar da var. Hər il buraya 1,5-2 milyon turist gəlir.
   Şəlalədən hər iki tərəfdə milli parklar var. Argentinanın ərazisində yerləşən İquasu Milli Parkı 1984-cü ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. 1987-ci ildə Braziliyanın ərazisində yaradılmış milli park da İquasu adını daşıyır.

Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar