Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar “Hədəf” kursunda "Kitablar səssiz müəllimdir” başlığı altında tədbir təşkil edib.

Tədbirdə Beynəlxalq Uşaq Kitabı Günü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsi məşhur danimarkalı ədib Hans Kristian Andersenin 1805-ci il aprelin 2-də anadan olması ilə bağlıdır. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir. 

Tədbirdə azyaşlı oxucular üçün nağıllar qiraət edilib, nağıllar əsasında sual və cavab keçirilib.

Sonda "Kitablar səssiz müəllimdir" başlığı altında hazırlanmış sərgiyə baxış olub.