Azərbaycan ərazisindəki erməni sakinlərin reinteqrasiyasında qərarlıdır.

Xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 4-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib.

Nazir işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı dövrdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını deyib.

Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.