Sumqayıt Regional Mədəniyyət İdarəsi RMİ Sumqayıt Gənclər Kitabxanası Sumqayıt şəhər Əziz Əliyev adına Tibb Kollecində sərgi-guşə təşkil edib. Aksiya 7 aprel – Dünya Sağlamlıq Günü ilə əlaqədar reallaşıb.

Kitabxananın müdiri Leyla Mahmudova əlamətdar günün tarixi haqqında məlumat verib. Bildirilib ki, Dünya Səhiyyə Təşkilatı BMT-nin ixtisaslaşmış qurumu kimi 1948-ci il aprelin 7-də yaradılıb. 1950-ci ildən başlayaraq DST-nin yarandığı gün Dünya Sağlamlıq Günü kimi qeyd edilir. Bu günün məqsədi gənclər arasında sağlam vərdişlərin yayılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, alkoqollu içkilər və narkotik vasitələrin zərəri və s. barədə məlumatlandırma aparmaqdır.

Kitabxananın multimedia mütəxəssisi Sürəyya Əbdürrəhmanova tibbə aid kitabları özündə əks etdirən “Sağlam cəmiyyət və sağlam həyat naminə” adlı sərgi haqqında tələbələrə məlumat verib. Sərgi-guşə gənclər tərəfindən maraqla qarşılanıb.

Sonda Tibb Kollecinin müəllim və tələbələri tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkür ediblər.