Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pier-Antuan Ferasen Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Attaşe muzeyin direktoru akademik Nailə Vəlixanlı ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa mədəni əlaqələri barədə söhbət aparılıb. Söhbət zamanı Nailə Vəlixanlı qonaqları muzeyin yenidən qurulan ekspozisiyasının açılış mərasiminə də dəvət edib.

Sonra qonaq Tarixi Muzeyində yaradılan böyük xeyriyyəçi H.Z.Tağıyevin Ev-Muzeyi ilə tanış olub. Attaşe Pier-Antuan H.Z.Tağıyevin fəaliyyətini yüksək qiymətləndirdiyini və muzeydən böyük zövq aldığını bildirib.