Aprelin 7-də Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının 9-cu iclasının açılış mərasimi keçiriləcək.
İclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Cümhuriyyətinin UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına keçəcək.
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının 9-cu iclası aprelin 8-də 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada davam edəcək. Şuşa şəhərində iclasın bağlanış mərasimində iclasın yekun bəyanatı qəbul olunacaq.