Sentyabr ayında Azərbaycanın turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iki beynəlxalq turizm sərgisində nümayiş olunacaq.
   
   Nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Aysel Əliməmmədovanın qəzetimizə verdiyi məlumata görə, sərgilərdən biri sentyabrın 18-dən 21-dək Fransanın paytaxtı Parisdə baş tutacaq. «Topresa-2012» sərgisində ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə 71 kvadratmetr sahə icarəyə götürülüb.
   Sərgidə iştirak etmək üçün Fransaya gedəcək nümayəndə heyətinə Turizm şöbəsinin müdir müavini Rauf Paşayev rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev, «Geo-travel», «Millennium Tourism & Congress DMC», «Gilan tourizm», «Qallery travel», «SW travel» və AZAL-ın nümayəndələri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü də daxildir. Sərgidə ziyarətçilərə ingilis və fransız dillərində hazırlanmış bukletlər, ölkəmizin tarixi və mədəniyyətini, zəngin abidələrini, gözəl təbiətini əks etdirən broşürlər, digər əyani vəsaitlər təqdim ediləcək.
   Gələn ay ölkəmizin təmsil olunacağı digər sərgi Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 20-23 sentyabr tarixlərində gerçəkləşdiriləcək «YATA-2012» sərgisində Azərbaycan turizminin təqdimatı üçün 63 kvadratmetrlik yer icarəyə götürülüb.
   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik edəcəyi nümayəndə heyətinə Turizm şöbəsinin, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşları, eyni zamanda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 5 nəfər üzvü də daxildir. «Geo travel», «İmprotex travel» və «Enc tour» turizm şirkətlərinin təmsilçiləri də sərgi iştirakçıları arasında olacaq.
   Qeyd edək ki, bu ilin əvvəlindən Azərbaycan 16 ölkədə keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub. İlin sonuna qədər bu sayın 21-ə çatdırılması nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar