Mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək.

Bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli aprelin 7-də Bakıda TÜRKSOY ölkələrinin UNESCO üzrə milli komissiyalarının 9-cu iclasında çıxışı zamanı deyib.

“İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır”, – deyə mədəniyyət nazirinin birinci müavini bildirib.