F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən azərbaycanlı şair, tərcüməçi Nigar Rəfibəylinin (1913-1981) 110 illik yubileyi münasibətilə “Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə – Nigar Rəfibəyli” adlı metodik vəsaiti virtual rejimdə təqdim edib.

Metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Nigar Rəfibəyli haqqında fikirləri yer alıb. Vəsaitin birinci hissəsində N.Rəfibəylinin həyat yolu və yaradıcılığı, kitabları haqqında məlumat verilir. İkinci hissədə isə metodik köməklik məqsədilə şairənin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim olunur. Sonda isə Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı əksini tapıb.

Virtual metodik vəsait kitabxanaçılar, metodistlər, müəllimlər və başqa istifadəçilər üçün nəzərdə tutulub.

Metodik vəsaitlə https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/az-rbaycan-d-biyyatinda-oz-s-si-oz-sozu-olan-sair-nigar-r-fib-yli linki ilə tanış ola bilərsiniz.