Aprelin 7-də Azərbaycan Mətbuat Şurası ilə Mediasiya Şurası arasında anlaşma memorandumu imzalanıb.

MŞ-dən verilən məlumata görə, sənədi Mətbuat Şurasının sədri Rəşad Məcid və Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov imzalayıblar.

MŞ-nin sədri Rəşad Məcid, İdarə heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Mediasiya Şurası İdarə heyətinin üzvü Nadir Adilov tədbirdə çıxış ediblər.

Sənəddə nəzərdə tutulmuş müxtəlif istiqamətlər üzrə əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin gələcəkdə birgə fəaliyyətin əlaqələndirilməsi, növbəti təşəbbüslərin gerçəkləşdirilməsi üçün hər iki qurumdan koordinatorlar müəyyənləşdirilib.