Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsi və “Caspian Events Organisers” şirkətinin birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzindəki 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər Sərgisi (“AITF 2023”) çərçivəsində “Turizm sahəsinin mütəxəssisi ol” adlı tədbir keçirilib.
Aprelin 6-da, “AITF 2023” sərgisinin son günündə təşkil olunan tədbirə ATMU-nun tələbələri qatılıblar.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, “PMD Hospitality” şirkətinin əməliyyatlar üzrə baş direktoru Georges Ubbelohde, “Hilton Baku” hotelinin təlim üzrə nəzarətçisi Aynur Ağayevanın turizm sahəsinin mütəxəssisi vəzifəsini şərtləndirən başlıca səriştələrdən, bu sahədə dünyada, o cümlədən ölkəmizdə mövcud vəziyyətdən, ATMU-da təhsil imkanları və digər məsələlərdən bəhs ediblər.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədovanın moderatorluğu ilə təşkil olunan tədbirdə iştirakçıların sualları cavablandırılıb.