M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” silsiləsindən “Keçmişdən gələcəyə” adlı konsert təşkil olunub.

Musiqi axşamında solist, respublika və beynəlxalq müsabiqələr laureatı Humay Hacızadə (viola) öz ifasını dinləyicilərə təqdim edib. Onunla bərabər respublika və beynəlxalq müsabiqələr laureatları Rəfiqə Quluzadə (piano), Canel Nəcəfli (violin) və Vüqar Məmmədzadə (bəstəkar) də birgə səhnəni bölüşüblər.

Proqramda İohan Sebastyan Baxın 2 nömrəli violonçel süitası, Karl Stamitsin viola konserti D-dur, Georq Frederik Hendel və Yohan Halvorsen violin və viola üçün passakaliya variasiyaları, Qabriel Faurenin elegiya və Vüqar Məmmədzadənin “Environment” əsərləri səslənib.