Argentinanın «El Dia» qəzetində paytaxtımızın turizm potensialını, tarixi abidələrini və görməli yerlərini, eləcə də şəhərin sosial-mədəni həyatını əks etdirən iki səhifəlik «Bakı, Xəzər dənizinin incisi» adlı məqalə dərc olunub.
   Məqalədə Bakının inkişafının ənənəvi olaraq neft sənayesi ilə sıx bağlılığından Nobel qardaşlarının vaxtilə buradakı fəaliyyətindən söz açılır, şəhərin tarixinə ekskurs edilir. Müəllif İçərişəhəri Bakının təməl daşı, Parisin Notre Dame kilsəsi ilə müqayisə edilən Qız qalasını isə şəhərin simvolu adlandırıb. O, həmçinin Fəvvarələr meydanı, Atəşgah və Yanardağ haqqında da məlumat verir. Məqalədə qeyd olunur ki, ölkənin son illərdəki iqtisadi inkişafı ilə əlaqədar şəhərdə yenidənqurma işləri aparılsa da, Bakının məşhur yerlərinin orijinallığı qorunub saxlanılıb.
   Müəllif vurğulayır ki, Xəzər dənizinin zəngin neft, qaz və balıqçılıq ehtiyatları Bakı və bütün Azərbaycanın xəzinəsi olmaqla yanaşı, ölkə vətəndaşları üçün sağlamlıq mənbəyi, Abşeron yarımadasının qumlu çimərlikləri isə bakılıların sevimli istirahət məkanıdır. Məqalədə Bakının sosial həyatından da danışılır. Çay evlərinin şəhərin əsas atributlarından biri, çayın ölkə vətəndaşlarının sevimli içkisi, plovun isə milli mətbəxin şahı olduğu bildirilir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar