Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Yazıçılar Birliyi Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir Sumqayıt RMİ-nin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət komitəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşib.

Şəhər İcra başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Müşviq Məmmədli, Tatarıstan Yazıçılar Birliyinin sədri Rıkail Zəydullin, Çuvaşıstan Respublikası (RF) Peşəkar Yazıçılar İttifaqının sədr müavini Marina Karyagina, Dünya Gənc Türk Yazarları Birliyinin başqanı İntiqam Yaşar, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov və başqaları yubilyara təbriklərini çatdırıblar.

Şairə AYB-nin fəxri diplomu, Sumqayıt RMİ-nin fəxri fərmanı təqdim olunub.

Sonda çıxış edən yubilyar tədbirin təşkilində əməyi keçənlərə təşəkkür edib, “Zəfər marşı” şeirini oxuyub.