Bu ilin 8 ayı ərzində Göygöl rayonuna gələn turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. İsti yay günləri arxada qalsa da, rayona dincəlməyə gəlmək istəyənlər çoxdur.
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın verdiyi xəbərə görə, yerli və xarici turistlərin istirahətini təşkil etmək üçün burada fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə hələ ilin əvvəlindən hazırlıq işlərinə başlanılıb, mövcud istirahət yerləri müasir qaydada təmir edilib. Toğana kəndi ərazisində yeni hotel inşa olunub, yeni turist marşrutları tərtib edilib, rayonun mərkəzində yerləşən istirahət zonalarında səliqə-sahman yaradılıb. Bütün bu işlərin nəticəsidir ki, 2012-ci ilin ötən 8 ayı ərzində Göygöldə dincələnlərin sayı 10 min nəfərə çatıb. Lakin bu, son hədd deyil. İlin sonunadək turistlərin sayının 17 minə çatacağı istisna edilmir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar