Kazım Ziya adına Ordubad rayon Xalq teatrı yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşanı aprelin 11-də Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində nümayiş etdirib.
Tamaşanın rejissoru Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmovdur. Rolları Nadir Məhərrəmov, Süqarə Mirzəli, Nağı Əlisoy, Pınar Bilalova, Davud Məmmədov, Günəş Ağayeva canlandırıblar.
Gəncləri halallığa, həqiqətə qulluq edən yolun yolçuları olmağa səsləyən tamaşa alqışlarla qarşılanıb.