Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəb və Suraxanı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 14-də narkomaniya və narkotik vasitələrlə mübarizə mövzusuna həsr olunmuş “Sağlam gələcək naminə” adlı tədbir keçirilib.

Məktəbin direktoru Elnur Hüseynov giriş sözündə gənclərimizin maarifləndirilməsi məqsədilə bu qəbildən olan tədbir və layihələrin vacibliyini vurğulayıb.

Dövlət Teatr Muzeyinin əməkdaşı narkomaniya və onun törətdiyi böyük fəsadlar barədə məlumat verib.

Sonra muzey əməkdaşları tərəfindən hazırlanmış maarifləndirici videoçarx nümayiş olunub. Həmçinin şagirdlərin ifasında “Bəşəriyyətin bəlası” adlı səhnəcik oynanılıb.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Surxay Vəliyev, təhsil ocağının psixoloqu Aysel Novruzova və başqaları gənclərin zərərli vərdişlərdən qorunması, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici söhbət aparıblar.