Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun (Moskva) Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Yuri Kopılov və institutun professoru İrina Leşutina Azərbaycan Dillər Universitetində (ADU) olublar.

ADU-nun rektoru akademik Kamal Abdulla qonaqlara universitetdəki dil və mədəniyyət mərkəzləri, eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında məlumat verib. Bildirib ki, Puşkin İnstitutu ilə ADU-nun Rusiyaşünaslıq elmi mərkəzinin faydalı əlaqələri var.

Qeyd olunub ki, ADU-nun Rusiya, Çin, Pakistan, İndoneziya, Serbiya və Rumıniyada mərkəzləri fəaliyyət göstərir. Görüşdə A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərməsi haqqında müzakirə aparılıb.

Rusiyalı qonaqlar universitetlə bağlı təəssüratlarını bölüşüb, iki ali təhsil ocağının əməkdaşlığına diqqət çəkiblər.