Allahverdi İsrafilovun təqdimatında martın əvvəlindən Bakı Dövlət Sirkində nümayiş olunan və geniş tamaşaçı rəğbəti qazanan beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşür.

4-9 may tarixlərində “DZİVA” şousu Gəncə İdman Olimpiya Kompleksində təqdim ediləcək.

Proqramda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.

Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərlə unikal çıxışları şounu bənzərsiz edəcək.

Biletləri Gəncə şəhərindəki kassalardan, eləcə də onlayn şəkildə iTicket.az saytından əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün bu nömrə ilə əlaqə saxlamaq olar: 055 959-12-12