“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təsdiq olunmuş 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan İstiqlal Muzeyində maarifləndirici tədbir keçirilib.

Tədbirdə “Gənclərin Antinarkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Bəxtiyar Abbaszadə, psixoloq Solmaz Əzimova çıxış edərək gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı söz açıblar.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Tədbirdə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi,  5 nömrəli Bakı Peşə məktəbinin şagirdləri iştirak ediblər.