Nəriman Nərimanovun Xatirə Muzeyində böyük ədib və dövlət xadiminin anadan olmasının 153-cü ildönümünə həsr olunmuş “Nərimanov dünən, bu gün, sabah” adlı tədbir keçirilib.

Tədbirdə N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub)”, “Tibb və İslam” və “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi, məişətə və cəmaətə xidmətləri” adlı kitabları təqdim olunub.

Tarix üzrə fəlsəfə doktoru, dosentlər Firdovsiyyə Əhmədova, Əli Fərhadov, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Əzizağa Nəcəfov, Əkrəm Bağırov, Səbinə Əhmədova, A.Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə,  Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ümumtəhsil məktəblərinin tarix müəllimləri, Səbail MKS-nın əməkdaşları, N.Nərimanovun qohumları və digər qonaqlar iştirak etmişlər.

Əvvəlcə N.Nərimanovun Bakı şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra muzeydə davam edən tədbirdə təqdim olunan kitablar haqqında danışılıb. Bildirilib ki, kitablar xatirə muzeyinin keçmiş rəhbəri Kəmalə Hüseynovanın təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin maddi dəstəyi ilə nəşr edilib.

Çıxışlarda Nərimanovun dövlət və siyasi xadim kimi xidmətlərindən, ədibin adını daşıyan muzeyin fəaliyyətindən və s. bəhs olunub.

Tədbirin sonunda qonaqlara kitablar təqdim edilib.