Görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın (1928-2014) “Ömür karvanı” əsərlər toplusu Gürcüstanda işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri sırasında ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin “Merani” nəşriyyatında çap edilib.

Kitaba yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilib.  Əsərləri gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli tərcümə edib. Kitabın redaktoru Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşvilidir.