Musiqili Teatrda yeni tamaşa hazırlanır
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında eyniadlı tamaşanın məşqləri gedir.
Süjet xəttində real sevgi hekayəsi dayanan müasir məişət komediyasına rejissor Elməddin Dadaşov quruluş verir. Tamaşada özbək (Müyəssər) və azərbaycanlı (Şərif) iki gəncin sevgi hekayəsindən bəhs olunur.
Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Əliməmməd Novruzov, Elçin İmanov, Güldanə Əzimova, Gülnarə Əzizova, Rəsmiyyə Nurməmmədova, Emin Zeynallı, Ayan Qurbanova, Nəzrin İsmayılzadə, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Cəlal İsayev iştirak edəcəklər.