Ölkəmizə gələn turistlərin sayında 7% artım var
   
   Dünya Turizm Təşkilatında Azərbaycan üçün nümayəndə yeri açılıb. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ötən il DTT-nin baş katibi Taleb Rifai bununla bağlı söz verib və artıq bu proses həyata keçirilib: “Artıq Dünya Turizm Təşkilatında Azərbaycanın nümayəndəsi çalışır”.
   Nazir onu da deyib ki, turizm sahəsində bu ilin cari nəticələri ondan xəbər verir ki, Azərbaycana gələn turistlərin sayında ötən ilə nisbətən 7% artım var: “Bu da yeni açılan mehmanxanalar, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən irəli gələn inkişafdır”. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar