Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə və xaricdə müxtəlif tədbirlər, layihələr, aksiyalar həyata keçirilir.

Aprelin 18-də Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu öndərin əlamətdar yubileyi münasibətilə paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Ekoloji aksiyanın məqsədi yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, böyük siyasətçinin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.