Bu ilin noyabrında Azərbaycanda turizm sahəsi üzrə statistik məlumatların toplanması sistemi və metodologiyasının təkmilləşdirilməsi məqsədilə Dünya Turizm Təşkilatının ekspertlərinin iştirakı ilə Bakıda keçirilən regional seminarın 3-cü mərhələsi başlayacaq.
   
   Bu barədə qəzetimizə açıqlamasında Bakıda keçirilən «İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm» adlı beynəlxalq konfransda iştirak edən Dünya Turizm Təşkilatının şöbə müdiri Alla Peresolova bildirdi.
   Onun sözlərinə görə, tədbir statistik məlumatların toplanılması sisteminin təkmilləşdirilməsi nəticəsində daha dəqiq hesablamaların aparılması məqsədilə keçirilir. Bunun üçün xarici ölkələrin təcrübəsindən də istifadə edilir. Seminarlarda region ölkələrindən də nümayəndələr iştirak edir.
   A.Peresolova qeyd etdi ki, Azərbaycan Dünya Turizm Təşkilatı ilə çox geniş əməkdaşlıq edir: «Biz bu tipli seminarları bir çox ölkələrdə təşkil edirik. Cənubi Qafqaz regionunda da seminarların Azərbaycanda keçirilməsinin səbəbi ölkənizin bunun üçün bütün şərtlərə cavab verməsidir. DTT ilə Azərbaycanın əməkdaşlığı gələcəkdə daha geniş müstəvidə davam edəcək».
   Qeyd edək ki, Azərbaycan Dünya Turizm təşkilatına üzv olduqdan sonra Mədəniyyət və Turizm Nazirliyi bu qurumla sıx əməkdaşlıq edir. Ölkəmizdə statistika işində əldə olunan nəticələrdə bu beynəlxalq təşkilatın böyük rolu var. 2001-ci ildən nazirlik tərəfindən toplanan turizm üzrə bütün rəqəmlər DTT-yə təqdim edilir.
   Onlar da öz növbəsində bu rəqəmi turizm-hesabat kitabına daxil edirlər. Nəşrdə dünya ölkələrinin turizm fəaliyyətinə dair statistika yer alır. Mədəniyyət və Turizm Nazirliyi və Statistika Komitəsinin birgə əməkdaşlığı çərçivəsində bu hesablama işləri bir qədər də təkmilləşdirilib. Statistika sahəsində müəyyən təhlillər aparılıb. DTT ekspertlərinin iştirak edəcəyi seminarlar bir neçə həftə davam edəcək.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar