Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illiyinə həsr olunmuş kamera-vokal musiqisi axşamı keçirildi.

“Mən peyğəmbər deyiləm...” adlı layihənin rəhbəri pianoçu Yuliya Kərimova ilə səhnədə Əməkdar artistlər Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və Mahir Tağızadə (bariton) Sergey Raxmaninovun romanslarını təqdim etdilər.

Konsert boyu musiqiçilər Raxmaninov musiqisinin işığında öz ürəklərinin hərarətini və bəstəkarın sənət özəlliklərini tamaşaçılarla bölüşdülər.

İncəsənət ustalarının ifaçılıq məharəti musiqisevərlər tərəfindən alqışlarla qarşılandı. 

Lalə