Qax Dövlət Kukla Teatrında yeni tamaşa üzərində yaradıcılıq işi başlayıb. 2023-cü ilin repertuar planı üzrə Osman Abdullayevin “Tülkü və quyruq” pyesi əsasında hazırlanan tamaşanın mövsümün sonunadək təqdim olunması nəzərdə tutulub.

Tamaşanın maraqlı süjet xətti var. Meşə heyvanları öz quyruqlarını bəyənməyərək, digər heyvanların quyruqlarına sahib olmağa can atır və nəticədə gülməli vəziyyətə düşürlər. Meşəbəyinin məsləhəti və köməyi ilə hər kəs öz quyruğuna qovuşur.

Uşaqlara özünə inam və malik olduğu xüsusiyyətlərlə yaşamağı, başqalarına qarşı diqqətli və qayğıkeş olmağı təlqin edən tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, tərtibatçı rəssamı Qoşqar Fətəliyev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.