Aprelin 25-də Lənkəran RMİ, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “açıq kitabxana” – “Oxu günü” keçiriləcək.

Lənkəran şəhərindəki Heydər Əliyev adına mərkəzi parkda təşkil olunacaq aksiyanın məqsədi uşaq və gənclərin mütaliəyə marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsinə dəstək olmaqdır.

Tədbirdə kitabların müzakirəsi, kitablarla fləşmob, məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün viktorinaların keçirilməsi nəzərdə tutulur.

Nurəddin