Bölgələrdə "Heydər Əliyev İli" ilə bağlı tədbirlər davam edir. Mədəniyyət müəssisələrində keçirilən tədbirlərdə Ulu öndərin həyat yolu və dövlətçilik fəaliyyəti haqqında çıxışlar dinlənilir, dahi siyasətçinin müasir müstəqil Azərbaycanın qurucusu kimi xidmətləri minnətdarlıqla yada salınır.

Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Ümummilli liderimiz xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb, müasir Azərbaycanın etibarlı bünövrəsini yaradıb. Daha sonra şagirdlər Ulu öndərin xatirəsinə həsr olunmuş sənədli filmi izləyiblər.

Oğuz rayon Mərkəzi Kitabxanasının oxu zalında "Dahi şəxsiyyət, əbədi lider" adlı tədbir keçirilib. Həbib Babayev adına şəhər 1 saylı məktəbin VII sinif şagirdləri Ulu öndərə həsr edilən şeirlər səsləndiriblər. "2023-cü il “Heydər Əliyev İli"dir başlıqlı videoslayd nümayiş olunub.

***

Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Laçın rayon 32 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda Ulu öndər Heydər Əliyevin həyatı və Azərbaycana rəhbərlik etdiyi dövrü özündə əks etdirən suallar səsləndirilib. Qalib komandalar fəxri fərmanla təltif olunub.

***

Ağdaş rayon Aşağı Ləki kənd kitabxanasında “Xalqın xilaskarı” adlı tədbir keçirilib. Şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib, sərgi nümayiş etdirilib.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. Sərgidə Ulu öndərə həsr olunmuş rəsm əsərləri ilə yanaşı, dövlət rəmzləri və vətənpərvərlik mövzusunda əl işləri təqdim edilib.

Şirvan şəhər Uşaq musiqi məktəbində “Mədəniyyətə bağlı ömür” adlı müsabiqə keçirilib. Müsabiqənin məqsədi istedadlı şagirdlərin aşkara çıxarılması və onların dəstəklənməsi olub.

***

Cəlilabad rayon Sabirabad kənd klubunda "Heydər Əliyev irsini öyrənək" mövzusunda tədbir keçirilib. Tədbirdə Ümummilli liderə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı sərgi nümayiş etdirilib.