Azərbaycan Rus İcması İctimai Birliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa və sərgi keçirilib.

İctimai birliyin nəzdində Rus Mədəniyyəti Mərkəzində təşkil olunan tədbirdə qurumun sədri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində icmanın rolu barədə danışıb.

Tarix elmləri doktoru, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova, 160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Emiliya Fətəliyeva məruzələrlə çıxış ediblər.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova və 14 nömrəli məktəbin şagirdi Anastasiya Primakın ifasında musiqi kompozisiyaları təqdim olunub.

İcma sədrinin müavini, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina dəyirmi masaya yekun vurub.

Sonra sərgiyə baxış keçirilib.